YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli intibahdan müstəqil Azərbaycana: Heydər Əliyev siyasi kursunun başlanğıcı”

Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatında “Milli intibahdan müstəqil Azərbaycana: Heydər Əliyev siyasi kursunun başlanğıcı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, 5 saylı ərazi partiya təşkilatının sədri Rəfail Tağızadə, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Şamaxı Rayon Təhsil Sektorunun müdiri Məsud Babayev, partiya fəalı Əli Mahmudov və şəhid atası Rza Nəbiyev çıxış ediblər.

Natiqlər Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ölkəmizin tarixində milli intibah dövrünün başlanğıcı olduğunu vurğulayıblar. Bildirilib ki, həmin dövrdə respublikanın sosial-iqtisadi inkişafı sürətlənib, elm, təhsil, mədəniyyət və sənaye sahələrində mühüm nailiyyətlər əldə olunub.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi və müstəqil Azərbaycan dövlətinin qurulması istiqamətində misilsiz xidmətlərindən bəhs edilib. Qeyd olunub ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, Azərbaycanın hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması və əldə olunan yeni uğurlar məhz bu uzaqgörən siyasətin məntiqi nəticəsidir.