YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Daşkəsən rayon təşkilatının fəalları işğaldan azad edilən ərazilərdə olublar

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı tərəfindən partiya fəallarının Şuşa, Laçın, Xankəndi, Ağdam və Xocalı şəhərlərinə maarifləndirici səfəri təşkil olunub.

Səfərin məqsədi iştirakçıları işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir şəhərsalma layihələri, eləcə də regionun zəngin tarixi və milli-mədəni irsi ilə yaxından tanış etmək olub.

Səfər zamanı partiya fəalları Şuşa, Laçın, Xankəndi, Ağdam və Xocalı şəhərlərində aparılan quruculuq prosesini, müasir infrastruktur layihələrini, abadlıq tədbirlərini və tarixi-mədəni abidələrin bərpası istiqamətində görülən işləri maraqla izləyiblər.

Səfər çərçivəsində Şuşa şəhərində yerləşən Cıdır düzünü ziyarət edən fəallar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Onlar Vətən müharibəsində qazanılmış tarixi Zəfərin xalqımızın birlik və həmrəyliyinin, eləcə də qəhrəman Azərbaycan Ordusunun şücaətinin parlaq təcəssümü olduğunu bildiriblər.

DİGƏR Xəbərlər Arxiv