YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında müharibə və faciə qurbanlarının hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, görüşün əsas məqsədi müharibə və faciə qurbanlarının hüquqlarının müdafiəsi sahəsində rayon ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və fikir mübadiləsinin aparılmasıdır.

İlqar İlyasov qeyd edib ki, Qaradağ rayonunun sakinləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq nümayiş etdirərək şəhidlik zirvəsinə ucalıb, qazilərimiz isə şərəfli döyüş yolu keçərək sağlamlıqlarını itiriblər. O vurğulayıb ki, qəhrəman şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu məsələ daim Yeni Azərbaycan Partiyasının da diqqət mərkəzində saxlanılır.

Tədbirdə, həmçinin Qaradağ Rayon İcra Hakimiyyətinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun baş məsləhətçisi Röyal Əşrəfov, Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Qaradağ rayon şöbəsinin sədri Məqsud Heydərov, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ filialının sədri Əvəz İsmayılov, sədr müavini Qafqaz Əhmədov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qaradağ rayon şöbəsinin sədri Əli Məmmədov, şəhid anası Fəridə İsmayılova, Çernobıl Əlilləri Cəmiyyətinin Qaradağ rayon şöbəsinin sədri Raidə Məmmədova, “20 Yanvar” İctimai Birliyinin Qaradağ rayon şöbəsinin sədri Vəfadar İbrahimli və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Qaradağ rayon bölməsi sədrinin müavini Telman Salmanov mövzu ilə bağlı çıxış ediblər.

DİGƏR Xəbərlər Arxiv