YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda yeni ərazi partiya təşkilatı təsis edilib

Qala qəsəbəsi, Dəmiryolçular küçəsində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb.

Təsis yığıncağında çıxış edən YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həmzə Mustafayev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan, ərazi partiya təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, yeni yaradılan ərazi partiya təşkilatı partiyanın ideya və prinsiplərinin təbliği, üzvlərlə işin daha səmərəli təşkili, eləcə də ictimai-siyasi fəallığın artırılması istiqamətində mühüm rol oynayacaq.

Sonra təşkilati məsələlərə baxılıb. Mahir Novruzov ərazi partiya təşkilatının sədri, Bəhrəm Şıxəliyev isə sədr müavini seçilib.