Xəbərlər
Şəhidlər qürur mənbəyimizdir!
Şəhid Həsənov Faiq Hüseyn oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov, şəhid ailələri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Çıxış edənlər Faiq Həsənovun nümunəvi xidməti və döyüş yolu haqqında ətraflı məlumat veriblər.
