Xəbərlər
Samuxda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bilik yarışı keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Samux rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş bilik yarışı keçirilib.
Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Gəncə Daşkəsən Regional Təhsil idarəsi Samux rayonu üzrə Təhsil Sektorunun müdiri Nurlana Həsənova çıxış edərək Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, müasir Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs ediblər.
Vurğulanıb ki, yarışın keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin irsinin gənclər arasında təbliğ və onun mübariz, məqsədyönlü həyat yolunu iştirakçılara örnək olaraq təqdim etməkdir.
Qeyd edək ki, qaliblər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirində mükafatlandırılacaq.