YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlə görüş olub


Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında 300 bal toplayan Sarov kənd tam orta məktəbinin şagirdi Çinarə Rəşad qızı Quluyeva ilə görüş keçirilib.

Məktəbin direktoru Almaz Qasımova və şagirdin atası Rəşad Quluyevin də iştirak etdiyi görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov yüksək nəticə göstərən məktəblini təbrik edib. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışılıb, bilikli, hərtərəfli inkişaf edən gənc nəslin yetişməsində ümumtəhsil məktəblərinin önəmli rol oynadığı qeyd olunub.

Çıxış edən müəllim və valideyn ölkədə, eləcə də Tərtər rayonunda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv