YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də qonşu ölkələrlə mehriban münasibətlərin qurulması, qarşılıqlı-faydalı əməkdaşlıq, regional təhlükəsizlik məsələlərinin yüksək səviyyədə təşkili, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasından ibarətdir. Ölkəmiz hər zaman regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı tərəf kimi çıxış edib, faydalı dialoqların, mühüm məsələlərin müzakirəsində faəl siyasət yürüdüb. Qonşu ölkələrlə mövcud əlaqələr, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə birgə layihələrin mövcudluğu təsdiq edir ki, Azərbaycan regionun inkişafına mühüm töhfələr verir.

Biz ənənəmizə sadiq qalaraq qonşu ölkələrlə əlaqələri hər zaman qarşımıza məqsəd qoyaraq bu istiqamətdə addımlar atırıq. Azərbaycan-İran münasibətlərinə gəlincə deyə bilərik ki, bizim münasibətlər dərin tarixi köklərə əsaslanır. İqtisadi, ticari, elmi, mədəni əlaqələr tarix boyu Azərbaycan və İran xalqlarını birləşdirib. Qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir.

Xalqlarımız əsrlər boyu mehribanlıq şəraitində yaşayıblar və Prezident İlham Əliyevin vurğulayıb ki, bu gün dövlətlərarası münasibətlərimiz möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin ölkəmizə rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir.

Dövlətimizin başçısı iranlı həmkarının böyük heyətlə Azərbaycana gəlməsinə və önəmli sənədlərin imzalanmasına toxunaraq qeyd etdi ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Bu baxımdan məqsəd Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.

Digər tərəfdən ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ənənəvi olaraq dəstəkləyirlər. Bu məsələ bir daha Azərbaycan və İran prezidentlərinin görüşü zamanı gündəmə gəlib. Azərbaycan Prezidenti vurğulayıb ki, bu barədə də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edilib. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanında olmuş və ümidvarıq ki, bu gündən sonra da bu ənənə davam etdiriləcək. Azərbaycan və İran arasında bu cür münasibətlər həm regional təhlükəsizlik məsələləri, həm də çoxtərəfli əməkdaşlıq üçün münbit şərait  yaranıb.

Dövlət başçılarının Bakıda keçirdiyi geniş tərkibli görüşlər onu deməyə əsas verir ki, aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycan-İran əlaqələri bundan sonra da yüksələn xətlə dinamik inkişaf edəcək.

DİGƏR Xəbərlər Arxiv