YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı Mədəniyyət ərazi partiya təşkilatında (Gədəbəy rayon Heydər Əliyev Mərkəzi) görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Zamiq Soyunov, YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov çıxış edərək Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlardan, qazandığı elmi nailiyyətlərdən və Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar.

Sonda tədbir iştirakçıları akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən “Ömür” adlı sərgi ilə tanış olublar.

DİGƏR Xəbərlər Arxiv