Xəbərlər
“Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən Gəncə şəhəri Gülüstan qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayonu üzrə Təhsil sektorunun müdiri Namiq Rəcəbov, rayon Statistika idarəsinin rəisi Ramil Salmanov, Rayon Mənzil Kommunal idarəsinin müdiri Mübariz Aydınov, rayon Həmkarlar Komitəsinin sədri Əli Bağırov və partiya fəalları iştirak ediblər.
Tədbir çərçivəsində ərazidə 40 ədəd Eldar şamı əkilib, ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, ağacəkmə tədbirinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.