Xəbərlər
“Heydər Əliyev və Azərbaycan gəncliyi”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayon Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev, Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnaz Cəfərova, Samux şəhər 6 saylı uşaq bağçasının müdiri Təhminə Nəsibova Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarından danışıblar. Natiqlər Azərbaycanda gənclər siyasətinin həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutduğunu, Azərbaycan gəncliyinin dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss etdiyini və gənclər siyasətinin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirildiyini vurğulayıblar.