Xəbərlər
“Tarix yaradan şəxsiyyət Heydər Əliyev”

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Tarix yaradan şəxsiyyət Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğurunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov, Masallı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Zamin Məmmədov, YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev, Vətən müharibəsi iştirakçısı Samir Əlizadə və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin əhəmiyyətindən danışıb, qazanılan nailiyyətlərin onun siyasətinin bəhrəsi olduğunu söyləyiblər.
Qeyd olunub ki, Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək Ümummilli Liderin ən böyük arzusunu yerinə yetirdi.