YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkir rayonunda voleybol üzrə regional birinciliyinin final mərhələsi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbində rayonunda təhsil işçiləri arasında voleybol üzrə regional birinciliyinin final mərhələsi keçirilib.

Şəmkir, Tovuz və  Gədəbəy rayonlarını təmsil edən komandalar arasında keçirilən turnirin açılış mərasimində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev rayonda voleybol idman növünün inkişafına və kütləviliyinə nail olmaq, yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə belə tədbirlərin mütamadi keçirilməsinin vacibliyindən danışılıb.

Vurğulanıb ki, turnirin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsini təbliğ etmək, sağlam həyat tərzinin təşviqi, kollektiv ruhunun gücləndirilməsi, təhsil işçiləri arasında idmana marağın artırılması, əməkdaşlığın inkişaf etdirilməsidir.

Turnirin nəticəsinə əsasən, Tovuz rayonunun komandası birinci, Gədəbəy rayonunun komandası ikinci, Şəmkir rayonunun komandası isə üçüncü yerlərə layiq görülüblər.

Qalib komandalar Qazax-Tovuz Regional Təhsil İdarəsinin diplom və hədiyyələri ilə təltif olunublar.

DİGƏR Xəbərlər Arxiv