Xəbərlər
"Qalib Azərbaycan Ordusu"

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı rayon Heydər Əliyev Mərkəzində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə “Qalib Azərbaycan Ordusu” mövzusunda qazi və müharibə veteranlarının iştirakı ilə tədbir keçirib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı şöbəsinin sədri Nahid Rəhimov, Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Vətən müharibəsi iştirakçıları Talıb Qəzənfərli, Çingiz Bəşirov və digərləri Ordumuzun inkişaf tarixinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyiblər. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Ordu quruculuğu sahəsində görülən işlərin Ulu Öndərin siyasi varisi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.
Sonda Vətən müharibəsi iştirakçılarına hədiyyələr təqdim olunub.