YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Effektiv ordu quruculuğu tarixi Zəfəri reallığa çevirdi

İqbal Əmənullayev

YAP Lənkəran rayon təşkilatının sədri

Müstəqil Azərbaycan  dövlət quruculuğunun mühüm nailiyyətlərindən bir də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasıdır. Azərbaycan ordusunun əsası Azərbaycan Xalq Cumhuriyyəti dövründə qoyulmuşdur.

Bu ordunun ənənələrini qoruyub saxlayan və inkişaf etdirən Ümummilli Lider Heydər Əliyev olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı qüvvələr sahəsində aparılan işlər ölkədə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Lakin həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin məqsədi, ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil dövlət kimi varlığına yol verməmək idi.

Müstəqilliyimiz bərpa olunarkən dövlətimiz Ermənistanla da müharibə şəraitində idi. Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər və onlara havadarlıq edənlər torpaqlarımızın bir hissəsini işğal etmişdilər. O zaman respublikaya rəhbərlik edən şəxslər qətiyyətsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada bilməmişdi.

1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Ali Sovet tərəfindən Silahlı Qüvvələr yaradılması haqqında qərar qəbul edilməsinə baxmayaraq Respublika rəhbərliyi bu qərarın həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Orduya dövlət səviyyəsində lazımı diqqət verilmir, onun təşkilatlanması üçün tədbirlər görülmürdü. Qısa dövr ərzində 4 müdafiə nazirinin dəyişdirilməsi ordu quruculuğuna mənfi təsir göstərirdi. Ona görə də ordumuz torpaqlarımızı qoruya bilmir, düşmən qarşısında aciz qalırdı.

Ordu quruculuğunda düzgün siyasətin yeridilməməsi nəticəsində silahlı qüvvələr uğursuzluğa düçar olurdu. Beləliklə də xalqın orduya olan etimadı azalırdı. Ölkə parçalanır, ərazilər işğal olunur, siyasi çəkişmələr, qarışıqlıq, xaos hökm sürürdü.

Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi vəziyyəti kökündən dəyişdirdi. Respublikada ordu quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Ən başlıca nailiyyətlərdən biri Silahlı Qüvvələrin dövlətin tam nəzarəti altına alınması oldu. Füzuli və Ağdamın bir sıra yaşayış məntəqələri az müddət ərzində işğaldan azad olundu, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi.

Heydər Əliyevin hakimiyyətə qayıtması və cəbhədə atəşkəsə nail olması Silahlı Qüvvələrdə əsaslı islahatların aparılmasına imkan yaratdı. Həyata keçirilən quruculuq işləri, struktur dəyişikliklər, kadr siyasəti və s. Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi.

Orduya göstərilən diqqət və qayğının nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi-vətənpərvərlik işi gücləndirildi. Komanda-qərargah  vəzifələrinə peşəkar, ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı döyüş təcrübəsi olan zabitlər təyin edildi.

Heydər Əliyev 1999-cü il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Bütün bunların nəticəsi idi ki, 44 günlük müharibədə Azərbaycan dövləti dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsi-Qələbə dastanı yazdı.

Müasir və qüdrətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminə sarsıdıcı zərbə endirdi. 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad edən Silahlı Qüvvələr noyabrın 8-də dünya mədəniyyət incilərindən olan qədim Şuşa şəhərini işğaldan azad etməklə qüdrətli hərbi potensiala malik olan Azərbaycan Ordusu erməni cəlladlarının layiqlı cəzasını verdi.

Haqlı və şərəfli mübarizədə böyük rəşadət göstərərək tarix yazan vətənpərvərlik ruhunda və milli dəyərlər əsasında yetişmiş əsgər və zabitlərimiz ləyaqətlə mübarizə apararaq, döyüş meydanında öz sözlərini dedilər və Qələbəmizi tam təmin etdilər. Bu gün də Silahlı Qüvvələrin quruculuğu davam etdirilir, ordumuz günbəgün  inkişaf etdirilir və təkmilləşdirilir. Hər zaman ordumuz beynəlxalq münaqişələrin həlli üçün müharibəni rədd edir və sülhü insan həyatının ən ülvi məqsədi hesab edir.

Eyni zamanda Vətənin müdafiəsi hər bir vətəndaşın müqəddəs borcudur. Əsgər və zabitlərimiz Silahlı Qüvvələr qarşısında duran bu müqəddəs borcu bir an belə unutmurlar. Bunun üçün döyüş hazırlığını daim artırır və yüksək vətənpərvərlik əhval-ruhiyyəsi nümayiş etdirərək həmişə qələbə əldə etmək əzmindədirlər.