Xəbərlər
“Azərbaycan Silahlı Qüvvələri suverenliyimizin və ərazi bütövlüyümüzün əsas qarantı kimi”
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli çərçivəsində “Azərbaycan Silahlı Qüvvələri suverenliyimizin və ərazi bütövlüyümüzün əsas qarantı kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun direktoru Roman Nağıyev, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, ərazi partiya təşkilatı sədrinin müavini Ceyhun Zərbəliyev, partiya fəalı Qabil Allahyarov, Vətən müharibəsi iştirakçısı Emil Babayev və digərləri Silahlı Qüvvələrimizin 107-ci ildönümünü böyük ruh yüksəkliyi, qürur hissi ilə qarşıladığını deyiblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər.
O da vurğulanıb ki, Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 il ərzində xalqımızın qarşısında duran ən mühüm problem - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi həll edilmişdir.