Xəbərlər
Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilib

“Ölkəmizdə ordu quruculuğu Ulu Öndər Heydər Əliyevin ən çox diqqət yetirdiyi sahələrdən biri olub. Onun ordu quruculuğuna xüsusi yanaşması ölkəmizdə güclü ordunun yaranmasına və inkişafına səbəb olub. Prezident İlham Əliyevin isə bu məsələni daim diqqət mərkəzində saxlaması peşəkar və vətənpərvər kadrların yetişməsinə rəvac verib. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılıb”.
Bu fikirləri deputat Vüqar İskəndərov deyib.
“Effektiv ordu quruculuğu siyasətinin məntiqli nəticəsini biz statistikada da görə bilirik. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb. Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. İstər 2016-cı il Aprel döyüşləri, istər Tovuz hadisələri, istərsə də 44 günlük Vətən müharibəsi, Antiterror əməliyyatı bütün dünyaya göstərdi ki Azərbaycan ordusu istədiyi anda bütün məqsədlərinə çatmaq üçün tam hazır və peşəkardır. Əlbəttə güclü ordu həm də güclü iqtisadiyyatın nəticəsidir. İqtisadi gücü olmayan dövlətin güclü ordusu da ola bilməz. Azərbaycanda hərtərəfli inkişaf imkan yaradır ki, hərbi büdcəmiz günü gündən artsın. Prezident İlham Əliyevin göstərişinə əsasən 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Ətrafımızda, qonşu dövlətlərdə baş verənləri hər birimiz izləyirik. Mənfur düşmənimizin bəzən revanşist düşüncələrini görürük. Bu baxımdan biz də hərbi cəhətdən gücl olmalıyıq ki, hər bir kənar müdaxiləyə tam hazır olaq. Çünki Azərbaycanın güclü inkifaşını gözü götürməyən ölkələr var. Ali Baş Komandanın düzgün siyasəti isə bizə hər zaman göstərir ki, Azərbaycan düzgün yoldadır və sabitlik adası olaraq daim inkişafdadır”.