Xəbərlər
Ağstafada partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatında partiya veteranlarının iştirakı ilə dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan danışıb. O qeyd edib ki, Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərdən, son illərdə həyata keçirilən köklü islahatlardan ətraflı bəhs edilib, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu və atılan addımların YAP-ın cəmiyyətdəki mövqeyini daha da gücləndirdiyi qeyd olunub.
Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən, yubiley yaşında olan bir qrup partiya veteranına fəxri fərman təqdim olunub.