YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaçmazda 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik ili” çərçivəsində ordu quruculuğu və vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov açaraq ölkəmizdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində reallaşdırılan dövlət siyasəti haqqında geniş məlumat verib.

Tədbirdə çıxış edən partiya veteranları Nazim Ağayev, Abasyar Heydərov, Elman Məmmədov və Aytac Alxasova qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə referendum yolu ilə ilk milli Konstitusiya qəbul edilib, ordu quruculuğunun təməli qoyulub. Natiqlər Ümummilli Liderin siyasətini layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq suverenliyini və ərazi bütövlüyünü tam təmin etdiyini vurğulayıblar.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iki gənc ərazi partiya təşkilatının sədri “Dövlət Qulluğunda Fərqlənməyə görə” medalı ilə təltif edilib. YAP Xaçmaz rayon təşkilatının çoxminlik üzvləri adından Prezident, YAP-ın Sədri cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.

Tədbirin sonunda ƏPT sədrləri Adil Mədətovun 60 illik və Sədaqət Cəmiyevanın 50 illik yubileyləri münasibətilə onlar YAP Xaçmaz rayon təşkilatının Fəxri Fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Eyni zamanda, partiya fəalı Hüseynxan Şükürov da Fəxri Fərmanla təltif olunub.

DİGƏR Xəbərlər Arxiv