Xəbərlər
"Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi - azad, müstəqil Azərbaycandır"
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasını, keçdiyi şərəfli yolu və qəhrəmanlıq səlnaməsini əks etdiyən film nümayiş olunub.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin rəisi mayor Vasif Rzayev, polkovnik-leytenant Zaur Zalov və Ağcabədi rayon Statistika idarəsinin rəisi, ərazi partiya təşkilatının sədri Elsevər İsmayılov bildiriblər ki, müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Natiqlər Ümummilli Liderin ordu quruculuğu istiqamətində gördüyü işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer aldığını deyiblər.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı, şəhid ailəsi və qaziyə fəxri fərman təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.