YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvanda Silahlı Qüvvələri Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunan videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Ümummilli Lider Heydər Əliyevin 1998-ci il tarixli Fərmanı ilə iyunun 26-sının Azərbaycan Silahlı Qüvvələri Günü elan edildiyini və hər il təntənə ilə qeyd olunduğunu deyib. Bildirilib ki, Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz səyləri ilə Azərbaycan Ordusu daha da güclənib və dünyanın ən güclü orduları sırasında öz yerini tutub.

Şəhid atası Rəhim Hüseynov, polkovnik-leytenant Bilal Hacıyev, Birinci Qarabağ müharibəsi qazisi Bayram Quliyev, ehtiyatda olan mayor Zaur Əhmədov, ehtiyatda olan polkovnik-leytenant Yusif Rüstəmov, Birinci Qarabağ müharibəsi qazisi Baxşalı Süleymanov, Birinci Qarabağ müharibəsi qazisi Mehman İsmayılov, ehtiyatda olan polkovnik-leytenant Vasif Əhədov və ehtiyatda olan kapitan Yalçın Zülfiqarov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin əhəmiyyəti barədə danışıblar.

Sonda Birinci Qarabağ müharibəsi iştirakçıları Bayram Quliyev və Baxşalı Süleymanova fəxri fərman təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv