Xəbərlər
Xətai rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
Xətai rayonunun Əhmədli bələdiyyəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli və digərləri Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında 1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanması və qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olduğunu deyiblər.
Qeyd olunub ki, Konstitusiya bizim hüquqi təməlimiz, suverenlik isə milli kimliyimizdir. Natiqlər konstitusiya dəyərlərinin qorunması və suverenliyimizin möhkəmləndirilməsinin vacibliyindən ətraflı bəhs ediblər.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.