YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirdə gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclərlə görüş keçirib.

Tədbirdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi qeyd edərək bildirib ki, Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində məhz Ümummilli Liderin ideyaları dayanır. O vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması məhz Heydər Əliyevin adı ilə bağlıdır, partiyanın formalaşmasında dahi şəxsiyyətin zəngin siyasi təcrübəsi və xalq qarşısındakı xidmətləri mühüm rol oynayıb.

Qeyd olunub ki, Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” ifadəsi partiyanın cəmiyyətdəki mövqeyini və nüfuzunu aydın şəkildə ifadə edir. Bu amil insanların partiyanın ideoloji-siyasi xəttinə olan inam və dəstəyini daha da gücləndirir.

Görüş çərçivəsində YAP sıralarına yeni qəbul olunan gənclərə partiya vəsiqələri təqdim olunub.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.