YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə indiyədək 5 min 443 əlil və şəhid ailəsinə mənzil verilib

Bu ilin ötən dövründə Beyləqan rayonunda çoxmənzilli yaşayış binası, həmçinin 25-dək rayonda fərdi yaşayış evləri, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər istifadəyə verilməklə, 211 Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillərlə təmin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumata görə, ümumilikdə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 5 min 443 əlil və şəhid ailəsinə mənzil verilib. Mənzillə təmin olunanların 91 faizindən çoxu məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir.