YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Qorovoy: Azərbaycan-Rusiya münasibətlərinin inkişafında heç bir problemli məsələ görmürük

Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafı ilə bağlı heç bir problemli məsələ görmürük. Bu gün Azərbaycan miqrasiya proseslərini yüksək səviyyədə tənzimləyir.

Bunu MDB-yə üzv dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının oktyabrın 12-də Bakıda keçirilən 19-cu iclasının iştirakçısı, Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy ölkəsində azərbaycanlı miqrantların vəziyyəti ilə bağlı sualı cavablandırarkən deyib.

A.Qorovoy bildirib ki, Azərbaycanın miqrasiya orqanları əmək fəaliyyəti və istirahət üçün Rusiyaya səfər edən azərbaycanlı miqrantlarla bağlı prosesləri yüksək səviyyədə tənzimləyir. Azərbaycan ilə Rusiya arasında mehriban dostluq münasibətləri mövcuddur. Bizim əlaqələr məmnunluq doğuracaq səviyyədədir.

Tədbirin əhəmiyyətindən danışan Aleksandr Qorovoy qeyd edib ki, iclasda insanın başqa dövlətin ərazisində özünü rahat hiss etməsi üçün zəruri olan qanunvericiliyin öyrənilməsi məqsədilə xüsusi təşkilatların yaradılması imkanları müzakirə ediləcək. “Hüquq mühafizə orqanlarının rəhbərləri kimi, biz başa düşməliyik ki, hökumətlərarası, dövlətlərarası razılaşmalarda əks olunan bütün qərarlar başqa ölkənin qanunlarının tələblərinə, adət-ənənələrinə və mədəniyyətinə hörmət şəraitində, sakit mühitdə həyata keçirilməlidir”, - deyə rusiyalı qonaq bildirib.