YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niderlandın “Diplomat Magazine” jurnalı: “Azərbaycan: multikulturalizm həyat tərzi kimi”

Niderland Krallığının “Diplomat Magazine” jurnalının noyabr buraxılışında “Azərbaycan: multikulturalizm həyat tərzi kimi” adlı məqalə dərc olunub.

Məqalədə bildirilir ki, multikulturalizm dəyərlərinə sadiq qalan, dünyada sülh və əmin-amanlığın təmin olunmasında qarşılıqlı dialoqun önəminə əhəmiyyət verən Azərbaycanda 2016-cı il “Multikulturalizm ili” elan edilib. Əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin azadlıqları təmin olunur. Ölkədə katolik, pravoslav kilsələri, yəhudi sinaqoqları və digər dinlərin ibadətgahları azad şəkildə fəaliyyət göstərir. Hətta Bakının mərkəzində erməni kilsəsi yerləşir. Bu abidələr Azərbaycan hökuməti tərəfindən qorunur, onların yenidən qurulması üçün maliyyə vəsaitləri ayrılır.

Müəllif bildirir ki, Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan azsaylı ölkələrdəndir. Azərbaycanın səyləri nəticəsində bu iki beynəlxalq təşkilat arasında əlaqələr 2008-ci ildə həmin təşkilatlara üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən konfransı zamanı yaradılıb və bu proses “Bakı prosesi” adlandırılıb. Azərbaycan “Bakı prosesi” çərçivəsində çoxsaylı beynəlxalq tədbirlərə, Bakı Beynəlxalq Humanitar Forumuna, Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib. Məqalədə, eyni zamanda, sentyabrın 29-30-da Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forum haqqında məlumat verilir.

Yazıda Roma Papası Fransiskin Azərbaycana səfərinə də toxunulur, onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü diqqətə çatdırılır, Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən restavrasiya işlərindən bəhs edilir. Qeyd olunur ki, Papa Fransiskin Azərbaycana səfəri Vatikanın ölkəmizdəki multikulturalizm dəyərlərinə verdiyi önəmin bariz nümunəsidir.