YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Qlobal layihələr Avropa üçün Azərbaycanın əhəmiyyətini artırır

«Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir». Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, bu cür qlobal layihələr Avropa üçün Azərbaycanın əhəmiyyətini artırır. Onun sözlərinə görə, ölkəmiz beynəlxalq müstəvidə önəmini əhəmiyyətli dərəcədə gücləndirir.

«Azərbaycan yaxın illərdə böyük qaz ixracatçısı olan ölkəyə çevriləcək. Bunun siyasi əhəmiyyəti də var. Amma ən əsas məqam odur ki, qaz ixracından gələn gəlirlər ölkə iqtisadiyyatını gücləndirilməsinə və əhalinin rifahının daha da yüksəlməsinə xidmət edəcək»-deyə, deputat qeyd edib.