YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: “Diqlas”dakı yanğından zərərçəkənlər daha aşağı faizlərlə güzəştli kreditlər ala biləcəklər

Bakıda “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlara maliyyə dəstəyinin verilməsi qaydaları hazırlanır.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov brifinq zamanı deyib.

O xatırladıb ki, dövlət başçısının fərmanına əsasən, yanğınla əlaqədar xüsusi komissiya yaradılıb. Sahibkarlara maliyyə yardımının göstərilməsi üçün hökumət 3 milyon manat ayırıb.

S.Məmmədov qeyd edib ki, bu günədək 400-dən sahibkarla görüş keçirilib, hər biri ilə fərdi olaraq problemlər müzakirə olunub.

Onun sözlərinə görə, sahibkarlar digər ticarət mərkəzlərində mağazalarla təmin olunacaq və beş ay ərzində icarə haqqı ödəməyəcək. Bundan başqa, həmin sahibkarlar Sahibkarlığın İnkişafı Fondu tərəfindən daha aşağı faizlərlə güzəştli kreditlər ala biləcək.