YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səngəçal qəsəbəsinin ağsaqqalları Aydın Hüseynova səs verəcək

Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi 11 saylı Qaradağ seçki dairəsindən irəli sürülən Aydın Hüseynov seçicilərlə dairənin bütün qəsəbələrində - məhəllələrdə, evlərdə və qanunauyğun olaraq nəzərdə tutulan mərasim zallarında xeyli görüşlər keçirdi. Üzvü olduğu partiyanın seçki platforması barədə seçicilərə geniş və ətraflı məlumat verdi.

Təbliğat-təşviqat kampaniyası çərçivəsində sonuncu görüş bu gün Səngəçal qəsəbəsində keçirildi. Ölkəmizdə yetərincə nüfuz sahibi olan ağsaqqallarla görüş fikir mübadiləsi şəraitində olu. Aydın Hüseynovun fəaliyyəti ilə 30 ildən artıq müddət ərzində yaxından tanış olan və Milli Məclisə V çağırış deputatlıq fəaliyyətini yüksək dəyərləndirən el ağsaqqalları Azərbaycanın daha parlaq gələcəyi naminə növbəti seçkidə də Aydın Hüseynova yekdilliklə səs verəcəklərini bildirdilər.