YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisə seçkiləri 80 minə yaxın müşahidəçi izləyəcək

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri izləyəcək müşahidəçilərin sayı açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 7-də keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, indiyədək 77 min 721 yerli müşahidəçi qeydiyyata alınıb. Eyni zamanda, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.