YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polkovnik Vaqif Dərgahlı: Hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfindədir

Hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfindədir.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Polkovnik V.Dərgahlı bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin Azərbaycan Ordusunun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi barədə yaydığı məlumat yalandır, heç bir əsası yoxdur və növbəti dezinformasiyadır.

Bildiririk ki, Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilir. İşğal altında olan torpaqlarımız azad olunur. Bu, danılmaz bir faktdır.

Hazırda bütün cəbhəboyu, o cümlədən cəbhənin Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyümüz davam edir. Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlarımızdan dərhal çıxmasıdır.