YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat vəsait köçürüb

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun erməni işğalından azad olunması uğrunda Milli Ordumuzun uğurlu hərbi əməliyyatları, qazanılan qələbələr hər bir vətəndaşda böyük ruh yüksəkliyi yaradıb. Hər bir vətəndaş, müxtəlif təşkilatlar, şirkətlər ordumuza bu şərəfli mübarizədə müxtəlif vasitələrlə dəstək göstərirlər.

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı da bu məqsədlə Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat vəsait köçürüb.