YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Ermənistan Azərbaycan ərazilərini təkcə işğal etməyib, həm də orada insanlıq cinayətləri törədib

Son vaxtlar bölgəmizdə yaşanan ən mühüm hadisələrdən biri işğalçı Ermənistanın Azərbaycan torpaqlarına yenidən başladığı hücumlar nəticəsində yaranmış gərginlikdir. Beynəlxalq ictimaiyyət Azərbaycanın Qarabağ və ətraf bölgələrinin ermənilər tərəfindən işğal edilməsinə hələ də susur.

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin iclasından sonra xalqa müraciətində söyləyib.

Türkiyə Prezidenti vurğulayıb ki, Ermənistan Qarabağı nəinki işğal edib, orada qətliamlar törədib. Eyni zamanda, cəzasız buraxılıb. ATƏT-in ABŞ, Fransa və Rusiyadan ibarət Minsk qrupu otuz ilə yaxındır ki, problemi həll etməyib. Qardaş Azərbaycan xalqı bu illər ərzində həm işğalın, həm də itkilərinin acısını yaşayıb. Ermənistan keçmişdə törədiyi zülmlərin bədəlini ödəmədiyi halda, yenidən Azərbaycan torpaqlarına hücum edərkən bu dəfə hiddətli bir müqavimətlə qarşılaşdı. Azərbaycan Ordusu Ermənistanın hücumlarına cavab vermək və Qarabağı işğaldan azad etmək üçün sürtələ irəliləyir. Qarabağdakı bir çox ərazilər düşməndən azad edildi. Türkiyə olaraq bütün qəlbimizlə və imkanlarımızla Azərbaycanın yanında olduğumuzu söyləyirik. Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək mübarizəsinə dəstək vermək bütün şərəfli dövlətlərin borcudur.

Türkiyənin bundan sonra da haqq və ədalətin yanında olacağını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Azərbaycanın Qarabağ bölgəsinin, işğal altındakı torpaqlarının azad edilməsi mübarizəsindəki fəaliyyətimiz də buna söykənir. Qafqazın son otuz ildə ən mühüm böhran məsələsi olan Qarabağ münaqişəsinin bu halda həlli həm tarixin, həm hüququn, həm də coğrafiyanın gerçəklərini əks etdirir. Əks halda, bölgədəki hüquqsuzluq və münaqişələrin bitməsi mümkün deyil. Bir daha azərbaycanlı qardaşlarımza mübarizəniz mübarək olsun deyir, mübarək mübarizənizdə zəfərə qədər yanınızda olduğumuzu bildiririk”.