YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə Madagiz kəndinin Suqovuşan adlandırılması ilə bağlı qanun layihəsi qəbul edilib

Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndi bundan sonra Suqovuşan adlandırılacaq.

Milli Məclisin oktyabrın 6-da keçirilən iclasında “Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndinin Suqovuşan adlandırılması təklif olunub.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.