YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni yalanı və vəhşiliyi

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin Moskva görüşü keçirildi və humanitar atəşkəsə riayət olunması barədə razılıq əldə edildi. Amma Ermənistan yenə də təcavüzkar niyyətlərindən əl çəkməyərək müharibə cinayətlərini davam etdirir. Oktyabrın 11-də Azərbaycanın ikinci ən böyük şəhəri, 500 mindən çox əhalisi olan və cəbhə xəttindən uzaq olan Gəncə şəhəri işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələri tərəfindən raket atəşinə tutuldu. Bunun nəticəsində aralarında qadın və uşaqların da olduğu mülki şəxslərin həlak olması, yaralanması erməni vəhşiliyinin, Ermənistan dövlətinin faşist simasının bariz sübutudur.

Düşmən dövlətin bu cinayətkar əməli təkcə beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deyil, həm də humanitar atəşkəsin əldə olunması üçün vasitəçilik etmiş Rusiya Federasiyasına, bütövlükdə dünya ictimaiyyətinə böyük hörmətsizlikdir. Ermənistan humanitar atəşkəsə əməl etməməklə və mülki əhalini hədəf almaqla bəşəriyyətə qarşı müharibə aparır, dünyaya meydan oxuyur.

Humanitar atəşkəsin imzalanması ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistana son şans verdi, sonuncu xəbərdarlığını etdi. Amma görünən odur ki, Ermənistanın faşist rəhbərliyi doğru nəticə çıxarmayıb, işğalçı ölkə öz sonunu hazırlayır.   

Ermənistan indiyə qədər heç bir razılaşmaya əməl etməyib, imzaladığı sənədlərin heç birinə sadiq qalmayıb, beynəlxalq hüquq normalarına heç vaxt məhəl qoymayıb. Onların xislətində, genetikasında xəyanət, yalan və barbarlıq var. Həmçinin Ermənistan bu zamana kimi işğalçı siyasətinə, təxribatçı hərəkətlərinə görə cəzalandırılmayıb, beynəlxalq sanksiyaya məruz qalmayıb. Elə bu cəzasızlıq mühiti faşist Ermənistanı daha da azğınlaşdırıb.

Sual olunur: hələ humanitar atəşkəs əldə olunmamışdan qabaq “müharibəni dayandırın” çağırışları edən dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa Parlamenti, Avropa İttifaqı, ATƏT-in Minsk qrupu və s. indi nə üçün Ermənistanın soyqırımına bərabər müharibə cinayətlərini qınamırlar?!

İndi işğalçı Ermənistanın bir yolu var: ya təcavüzkar hərəkətlərini dayandırmalıdır, ya da Azərbaycan tərəfindən ən ağır şəkildə cəzalandırılacaq. Və yaddan çıxarmasınlar ki, Azərbaycan mütləq şəkildə öz ərazi bütövlüyünü bərpa edəcək.