YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Nəticə o zaman olar ki, qarşı tərəf konstruktiv olsun, ancaq biz bunu görmürük

Ermənistan bir tərəfdən münaqişənin sülh yolu ilə həllindən danışır, digər tərəfdən danışıqlara zərbə vuran təxribatlara əl atır.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 3-də keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “müharibənin sülh yolu ilə həlli yoxdur” deməsi, son hərbçisinə qədər müharibəni davam etdirəcəyi və torpaqları Azərbaycana qaytarmayacağı ilə bağlı dedikləri danışıqlar prosesinə zərbədir.

Hikmət Hacıyev vurğulayıb ki, nəticə o zaman olar ki, qarşı tərəf konstruktiv olsun, ancaq biz bunu görmürük.

Prezidentin köməkçisi onu da qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanlara qarşı hücumlar davam etməkdədir. Son vaxtlar Ermənistan silahlı qüvvələri fosfor tərkibli silahlardan da istifadə etməyə başlayıb.