YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Şurasının onlayn iclası keçirilib. İclası giriş sözü ilə açan rayon təşkilatının sədri, YAP İcra Katibliyinin təşkilat şöbəsinin müdiri, millət vəkili Aydın Hüseynov bildirib ki, bugünlərdə biz müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin  nurlu xatirəsini yad edirik: “Əslində, Ulu Öndər Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə elə bir abidə ucaltmışdı ki, Onun xatirəsi daim ürəklərdə yaşayır, Onu hər gün dərin minnətdarlıq hissi ilə anırıq”.

A.Hüseynov dahi şəxsiyyət Heydər Əliyevin   dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında,eləcə də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. O vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: “Xalqların, ölkələrin tarixində həqiqi liderlərin rolu danılmazdır. Onlar öz xalqlarını çətin vəziyyətdən çıxarır, düzgün yol göstərir, taleyüklü məsələlərin həllində müdrik məsləhətçi olurlar. Bu baxımdan görkəmli ictimai-siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olub. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb”.

Millət vəkili Heydər Əliyev siyasətinin bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. O qeyd edib ki, nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq.

İclasda həmçinin, YAP Qaradağ rayon təşkilatı  İdarə Heyətinin üzvü Akşin Paşayev, təşkilatın Şura üzvləri Nəzakət Məmmədova, Təranə Quliyeva və Əlizamin Məmmədov çıxış edərək Ulu Öndərimiz xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.