YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncə şəhərində şəhidlərin anım mərasimləri keçirilib

44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımız – Nurlan Bağırovun, Elnur Məmmədov, Mirmuraz Cəfərov , Elməddin Namazovun  Gəncə şəhərində anım mərasimləri keçirilib.

Anım mərasimlərində Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları, Gəncə şəhər Nizami rayonunun  İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Gəncə şəhər Kəpəz  rayonunun İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin Gəncə Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunaraq ruhuna dualar edilib, şəhid olmuş igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.

Tədbirlərdə Vətən müharibəsində Azərbaycan oğullarının şücaətindən, yağı düşmənin torpaqlarımızdan qovulub çıxarılması yolunda canlarını fəda etmiş şəhidlərin igidliyindən danışılıb.