YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda şəhid Rahib Cəbrayılovun doğum günü qeyd olunub

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Cəbrayılov Rahib Ramin oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, şəhər Təhsil Şöbəsinin və rayon Uşaq-Gənclər İdman-şahmat məktəbinin əməkdaşları şəhidin Quşçu kənd qəbirstanlığındakı məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Sonra məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbir çərçivəsində Yevlax şəhər UGİŞM-in şəhidin xatirəsinə həsr etdiyi idmanın şahmat növü üzrə rayon turnirinin qaliblərinə fəxri fərmanlar təqdim olunub.