YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədliyyə naziri Fikrət Məmmədov: Azərbaycan Avropa Şurası ilə əlaqələrə böyük önəm verir

Avropa Şurası insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin qoruyucusu kimi özünü Avropanın mənəvi kompası və vicdanı kimi bərqərar edib. Məhz buna görə Azərbaycan Avropa Şurası ilə əlaqələrə böyük önəm verir. Ötən il 20 illiyini qeyd etdiyimiz bu mötəbər təşkilata üzvlüyümüz dövründə ölkəmiz qeyd olunan sahələrdə beynəlxalq təşkilatlar tərəfindən təqdir olunan bir çox nailiyyətlər əldə edib.

Bunu aprelin 5-də ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının 2022-2025-ci illər üzrə Azərbaycan üçün fəaliyyət planının təqdimetmə mərasiminə həsr edilmiş tədbirdə deyib.

Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, Avropa dəyərlərinə daim sadiq qalan Azərbaycan 2014-cü ildə ilk dəfə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib. Bir sıra mötəbər tədbirlərin təşkili, ölkəmizin demokratik inkişafını dəstəkləyən mühüm layihələrin həyata keçirilməsi sədrliyimizin uğuruna dəlalət edib. Həmçinin bu illər ərzində Azərbaycan nümayəndələri Şuranın ayrı-ayrı təsisatlarında fəal iştirak edərək onun mühüm qurumlarının rəhbəri seçiliblər. Faydalı əməkdaşlığımız çərçivəsində qəbul olunmuş iki Fəaliyyət Planının uğurlu icrası nəticəsində milli qanunvericiliyimiz təkmilləşdirilib, Avropa Konvensiyalarının implementasiyası, gender bərabərliyi, medianın inkişafı, məhkəmə və ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi və digər sahələrdə tərəqqi əldə olunub.