YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda şəhid Vüsal İsayevin doğum günü qeyd olunub

Yevlaxda 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış İsayev Vüsal Firdovsi oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, Gənclər və İdman idarəsinin rəisi Rəşad Bəhmənli, şəhər Təhsil Şöbəsinin nümayəndəsi Ümidvar Mamedov, Gənclərin İnkişaf və Karyera mərkəzinin Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli, Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Elman Əlibəyli, Salamabad kənd tam orta məktəbin direktoru Yasin Cavadov, qazilər, Vətən müharibəsi iştirakçıları rayondakı Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb, Vüsal və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.

Daha sonra məktəblilərin şəhidin xatirəsinə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Yevlax şəhər UGİŞM-in şəhidlərin xatirəsinə həsr etdiyi idmanın şahmat növü üzrə keçirilən rayon turnirinin qaliblərinə fəxri fərmanlar təqdim olunub.

Şəhidin ailəsi dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.