YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı “Şuşa ili-Zəfər Qurultayı” mövzusunda konfrans keçirib

YAP Laçın rayon təşkilatı "“Şuşa ili-Zəfər Qurultayı” mövzusunda konfrans keçirib.

Konfransda YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatının sədrləri, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək bildirdi ki, Şuşada keçirilən Zəfər qurultayı dünyaya yeni bir pəncərə açdı. Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayının keçirilməsi Azərbaycan tarixinə yazılan qürurverici tədbirlərdən biridir. İ.İlyasov V qurultayda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin geniş və məzmunlu nitqinə istinadən bildirdi ki, Azərbaycan dünyaya necə sülhsevər olmağı, tolerantlığı səbri- təmkini və qətiyyəti nümayiş etdirməklə yanaşı, vətənini, torpağını sevməyi qorumağı, ona əl uzadanın, düşmən gözü ilə baxanların layiqli dərsini verməyi də nümayiş etdirdi. Dünyanın mədəniyyət incilərindən olan qədim Şuşamızda bu cür təntənəli tədbirin keçirilməsi həm də ermənilərin bu vaxtadək tarixə saxtakarcasına yamaq edilmək xülyalarını məhv etdi.

Daha sonra çıxış edən 52 saylı ƏPT-nin sədri Şəbnəm Uğurlu, 12 saylı ƏPT-nin sədri Fəxrəddin Bayramov və 2 saylı ƏPT-nin sədr müavini Şamo Qasımov bildiriblər ki, dünya azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi hər bir azərbaycanlının reallaşan arzusudur. Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi ilə öz gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi.