YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qax rayonunda şəhid Şamo Məhərrəmovun doğum günündə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Məhərrəmov Şamo Mətləb oğlunun doğum günü münasibətilə məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyub.

Daha sonra tədbir iştirakçıları şəhid Məhərrəmov Şamo Mətləb oğlunun ailə üzvlərini ziyarət edib, onlara dərin hüznlə başsağlığı veriblər.

Şəhidin valideynləri göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Məhərrəmov Şamo Mətləb oğlu Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Şamo Məhərrəmov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.