YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Rəsm və əl işləri” müsabiqə sərgisi təşkil olunub

Ağstafa Dövlət Rəsm Qalereyasında Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, Ağstafa Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar “Rəsm və əl işləri” müsabiqə sərgisi təşkil olunub.

Açılış mərasimində YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa Dövlət Rəsm Qalereyasının müdiri Gülgün Kərimov və müsabiqə iştirakçıları iştirak ediblər.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev çıxış edərək, belə müsabiqələrin əhəmiyyəti barədə ətraflı məlumat verib və bildirib ki, bunun üçün hərtərəfli şərait yaradılıb.

Daha sonra hər bir iştirakçıya uğurlar arzulanaraq müsabiqəyə start verilib.

Qeyd edək ki, müsabiqə 12 may 2022-ci il tarixə qədər davam edəcək və qaliblər diplomlar və qiymətli hədiyyələrlə təltif olunacaqlar.