YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naftalanda Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb

Naftalan Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının və Naftalan şəhər Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə YAP Naftalan şəhər təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.

Əvvəlcə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. 

Naftalan ŞİH başçısı çıxışında Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən danışıb. Qeyd edib ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə xanım Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq olub. Dünya oftalmologiya elminə böyük töhfələr verən Zərifə xanım tibb elminin tarixində yeni səhifələr açıb.

Naftalan şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin kollektivi ilə baş tutan tədbirdə xəstəxananın direktoru İlhamə Hüseynova akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən, zəngin elmi irsindən, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan, qazandığı nailiyyətlərdən bəhs edib.