YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa fatehi şəhid Orxan Rəhimlinin xatirəsi anılıb

Oğuzda Vətən müharibəsində Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn Rəhimli Orxan Rəşid oğlunun doğum günü qeyd olunub.

Şəhidin 28-ci doğum günündə Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının, Oğuz Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları rayonun Xaçmaz kəndində yerləşən Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Mərasim iştirakçıları şəhidin ailəsini də ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Qeyd edək ki, Prezidentin müvafiq sərəncamlarına əsasən şəhid Orxan Rəhimli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.