YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir sıra birinci instansiya məhkəmələrin hakimləri təyin edilib, bəzilərinin vəzifələri isə dəyişdirilib

Prezident İlham Əliyev oktyabrın 11-də “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər.

ağır cinayətlər məhkəmələri üzrə:

Lənkəran Ağır Cinayətlər Məhkəməsi - Məmmədova Esmira Qərib qızı

Şəki Ağır Cinayətlər Məhkəməsi - Əfəndizadə Tural Qurbanəli oğlu

inzibati məhkəmələr üzrə:

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi - Əliyev Tural Yusif oğlu

Gəncə İnzibati Məhkəməsi - Əliyeva Leyla Kamil qızı

Sumqayıt İnzibati Məhkəməsi- Həbibova Könül Əbülfəz qızı

Şirvan İnzibati Məhkəməsi - Qurbanova Pərvanə Tahir qızı

kommersiya məhkəmələri üzrə:

Gəncə Kommersiya Məhkəməsi - Qələndərzadə Ramiq Ramis oğlu

Sumqayıt Kommersiya Məhkəməsi - Həmidli Fərman Fəzail oğlu

hərbi məhkəmələr üzrə:

Gəncə Hərbi Məhkəməsi - Bəşirov Cəmil İsmayıl oğlu, Quliyev Tariyel Şirindil oğlu

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi - Məmmədov Pərviz Şahin oğlu

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi - Musayeva Vüsalə Vahid qızı

Bakı şəhəri Nizami Rayon Məhkəməsi - Əliyeva Starə Vidadil qızı

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi - Muradov Pərviz Namiq oğlu, Rzayeva Fəridə İslam qızı

rayon (şəhər) məhkəmələri üzrə:

Abşeron Rayon Məhkəməsi - Qasımov Abusət Sahib oğlu, Mirhəsənli Mirnəsir Mirfazil oğlu

Ağdaş Rayon Məhkəməsi - Mürsəlova Aygün Mayıl qızı

Füzuli Rayon Məhkəməsi - İsmayılov Elmir Akif oğlu,

Gəncə Şəhər Məhkəməsi - Xanməmmədova Liza Əliəşrəf qızı

Göyçay Rayon Məhkəməsi - Qurbanova Gülnaz İntiqam qızı

Hacıqabul Rayon Məhkəməsi - Bayramov Orxan Telman oğlu

Xaçmaz Rayon Məhkəməsi - Abiyeva Nərmin Mirhəsən qızı, Əliyeva Aynur Məhəmməd qızı

Mingəçevir Şəhər Məhkəməsi - Quliyeva Güləndam Gündüz qızı

Salyan Rayon Məhkəməsi - Əliyeva Vəsilə Əlövsət qızı

Sumqayıt Şəhər Məhkəməsi - İsmayılov Samir Bəyistan oğlu, Şirəliyeva Vəfa Zavrulla qızı

Şabran Rayon Məhkəməsi - Mirzəfərova Könül Murtuz qızı

Şəki Rayon Məhkəməsi - Musayev Kamran İbrahim oğlu

Şirvan Şəhər Məhkəməsi - Məmmədli Aydan Zakir qızı

Ucar Rayon Məhkəməsi - Bədəlov Xəyal Natiq oğlu.

Sərəncama əsasən, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

Aytən Heydər qızı Əliyeva Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;

Kamran Nüsrət oğlu Muxtarov Gəncə Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;

Elnur Aləm oğlu Nuriyev Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;

Anar Böyükkişi oğlu Sadıqov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;

Azər Heydər oğlu Tağıyev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;

Nurəddin Nizami oğlu Hüseynli Gəncə Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;

Elçin Qüdrət oğlu Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;

Nahid Namiq oğlu Mirzəyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;

Kənan Zakir oğlu Hüseynov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilib;

Fikrət Hüseyn oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.