YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı seçiciləri Qələbənin memarı İlham Əliyevə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Goranboy şəhərində məskunlaşmış Xocalı rayonundan olan seçicilərlə görüş keçirilib.

 YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, təşviqat qrupunun üzvü Yaşar Salahov və başqaları çıxış ediblər. Çıxışlarda bildirilib ki, son 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev ölkəmizdə hərtərəfli dinamik inkişafı təmin edərək müasir ordu formalaşdırıb və xalqımıza Zəfər sevinci bəxş edib. Onlar seçiciləri dövlətimizin daha da güclənməsi naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər ölkəmizin davamlı inkişafı naminə 7 fevral prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Həmçinin yanvarın 26-da YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev Xocalı rayonundan olan şəhidlərin ailə üzvləri ilə fərdi görüşlər keçirib.