YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağlılar xalqımıza böyük Zəfər bəxş edən Liderə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də “qapı-qapı”  seçki texnologiyasına uyğun olaraq Qaradağ rayonu Lökbatan, Sahil, Səngəçal, Puta, Korgöz qəsəbəsindən olan seçicilərlə məhəllə görüşləri keçirilib.

Görüşlərdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və  Səbinə Xasayeva, təşviqat qrupunun üzvləri Elçin Hüseynov, Cəmilə Xanmuradova, Lütvəli Sultanov, Məqsud Heydərov, Kəmalə Heydərova, Musa Musayev, Aqşin Paşayev, Hüseyn Məmmədov, Racu Vəliyev, Roman Nağıyev, Vüqar Hüseynov, Vüqar Ağayev  və başqaları iştirak ediblər.

Çıxışlarda cənab İlham Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, antiterror tədbirləri nəticəsində Xankəndi şəhərinə sancılan Dövlət Bayrağı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından və digər əldə olunmuş nailiyyətlərdən geniş bəhs olunub.

Görüş zamanı natiqlər seçiciləri 7 fevral tarixində seçki məntəqələrinə gedərək milli maraqlamız və böyük hədəflərimiz naminə, zəfərlərə davam etmək üçün qalib xalqın qalib Liderinə səs verməyə dəvət etmişlər.