YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlaq gələcək naminə

Tovuz rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Tovuz rayonunun Çeşməli kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvləri İlqar Kərimov, Qasım Hüseynov, Əsgər Əsgərov və  şəhid atası Ələddin Bədəlov çıxış ediblər.

Natiqlər bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyev 20 illik hakimiyyəti dövründə tarixi nailiyyətlərə imza atıb. Dövlət başçının ən böyük tarixi qələbəsi Qarabağ torpaqlarının düşmən işğalından azad edilməsidir.

Seçicilər davamlı qələbələr və Azərbaycanın parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri Qovlar şəhəri və Cəlilli kəndində seçicilərlə fərdi görüşlər də keçiriblər.